Book details

Sənayenin rəqabətqabiliyyətliliyi indeksi - 2018

Sənayenin rəqabətqabiliyyətliliyi indeksi - 2018

Title:
Sənayenin rəqabətqabiliyyətliliyi indeksi - 2018
Author:
Sadıqov Şahin
Publication date:
2021
Annotation:
Kitab "Sənayenin rəqabətqabiliyyətliliyi indeksi - 2018" üzrə beynəlxalq müqayisəli araşdırmada (reytinqdə) Azərbaycanın mövqeyinin təhlilinə və yaxşılaşdırılması istiqamətlərinə, Azərbaycan sənayesində klasterlərin yaradılması və inkişafı istiqamətlərinə həsr edilmişdir. Kitabda "Sənayenin rəqabətqabiliyyətliliyi indeksi"-nin təhlili və Azərbaycanın bu indeksdə mövqeyinin yaxşılaşdırılması və Azərbaycan sənayesində klasterlərin yaradılması inkişafı adlı iki tədqiqat istiqamətləri fərqli bölmələr kimi verilmişdir. I bölmədə sənayenin rəqabətqabiliyyətliliyi indeksi üzrə təhlillər aparılmış, Azərbaycanın göstəriciləri qonşu ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilmiş, respublikamızın sənayenin rəqabətqabiliyyətliliyi indeksində mövqeyinin yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürülmüşdür. Kitabın II bölməsində Azərbaycan sənayesində klasterlərin yaradılması imkanları tədqiq edilmiş və inkişafı istiqamətlərində təkliflər verilmişdir.

Bibliographic description

Sadıqov, Şahin Telman oğlu. Sənayenin rəqabətqabiliyyətliliyi indeksi - 2018: Azərbaycan sənayesində klasterlərin yaradılması və inkişafı istiqamətləri / Ş. T. Sadıqov; elmi red. A. N. Muradov; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm və Bilik, 2021.- 128 s.