Kitab Azərbaycan Milli Elmlər Akademiyası (2022) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (2023) tərəfindən maliyyələşdirilmiş "Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadə perspektivləri" adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlmişdir. Kitabın yazılmasında əsas məqsəd "Böyük Qayıdış" icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətmək olmuşdur. Kitabda əsasən Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının unudulmuş dərman bitki yığımları barədə etnobotaniki sorğuların nəticəsində əldə edilən məlumatlar yer almışdır.
Bibliographic description
İbadullayeva, Səyyarə Cəmşid qızı. Xalq təbabətinin unudulmuş reseptləri: Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından / S. C. İbadullayeva; elmi red.: İ. Hüseynova, E. Qurbanov.- Bakı: Elm, 2023.- 268 s.