Book details

Görünməyən işıqlar

Görünməyən işıqlar

Title:
Görünməyən işıqlar
Author:
Dor Entoni
Publication date:
2018
Annotation:
Entoni Dorun müxtəlif mükafatlara layiq görülən, “New York Times”ın bestselleri seçilən məşhur “Görünməyən işıqlar” romanı işğal edilmiş Fransada II Dünya müharibəsinin ağır fəsadlarından sağ-salamat çıxmağa çalışan fransız kor qızla alman oğlanın başına gələnlərdən bəhs edir. Mari-Lor Paris Milli Təbiət Tarix Muzeyinin yaxınlığında atası ilə yaşayır. Atası Daniel Ləblon muzeyin açarçısı və istedadlı kilid ustasıdır. Mari-Lor 6 yaşında olarkən görmə qabiliyyətini itirir. Atası qızının təkbaşına hərəkət edə bilməsi üçün yaşadıqları məhəllənin miniatür maketini düzəldib ona hədiyyə edir. Mari-Lorun 12 yaşı olanda nasistlər Parisi işğal edir. Daniel qızını da götürüb ölkənin ucqar əyalətindəki qədim San-Malo şəhərinə əmisi Etyenin evinə sığınır. O, muzeyin ən qiymətli eksponatını, yaxud onun saxta nüsxəsini də San-Maloya aparır. Verner və onun bacısı Yutta Almaniyada uşaq evində böyüyür. Vernerin zibillikdən tapdığı köhnə radio kimsəsiz uşağın marağına səbəb olur və onun bütün həyatını dəyişir. O, radionu qurdalaya-qurdalaya, hər detalını, iş prinsipini öyrənə-öyrənə məşhur ustaya çevrilir. Bu istedadı yeniyetmə Verneri “Hitlerçi gənclər” təşkilatının məktəbinə aparıb çıxarır. O, radio siqnallarını izləməklə partizanların koordinatlarının tapılması üzrə əvəzsiz kadra çevrilir. Verner qanlı-qadalı müharibə meydanlarına düşür, San-Maloya gedib çıxır və orada Mari-Lorla rastlaşır...

Bibliographic description

Dor, Entoni. Görünməyən işıqlar: roman / E. Dor; ing. dilindən tərc. A. Mahmudov.- Bakı: TEAS Press, 2018.- 588 s.