Kitab məşhur tarixçi və Xivə xanı Əbülqazi Bahadır xanın "Şəcərəyi-tərakimə" (Türkmənlərin şəcərəsi) əsərindəki Oğuznamə mətnlərinin ritual-mifoloji semantikasının analitik şərhinə həsr olunub. Müəllifin "Oğuz mifinin transformativ paradiqmalar sistemi" kimi götürdüyü "Oğuznamə" eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə secilir.