Müasir beynəlxalq münasibətlərdə qütbləşmə problemi
Müasir beynəlxalq münasibətlərdə qütbləşmə problemi
Title:
Müasir beynəlxalq münasibətlərdə qütbləşmə problemi
Author:
Əliyev Elnur
Publication date:
2007
Annotation:
Kitab çağdaş beynəlxalq münasibətlərin olduqca mühüm və aktual problemlərindən birinin tədqiqinə həsr olunub. Belə ki, burada hazırkı dövlətlərarası münasibətlər sistemində qütbləşmə problemi araşdırılır. Müəllif müasir dünya düzənində qütbləşmə sistemi (amili) məsələsinin təhlilini önə çəkmişdir. Çağdaş münasibətlər sistemində toqquşan məqamlar açıqlanmış və haqlı olaraq sivilizasiyaların mübarizəsi, onun qütbləşmə prosesinə təsiri imkanları və perspektivləri elmi mülahizələr əsasında öyrənilmişdir. İşin ən əsas məqamlarından birini təkqütblü (monopolyar) və çoxqütblü (multipolyar) dünya məsələlərinə dair elmi mövqelərin təhlili təşkil edir.
Bibliographic description
Əliyev, Elnur Vaqif oğlu. Müasir beynəlxalq münasibətlərdə qütbləşmə problemi / E. V. Əliyev; red. A. Hacıyeva.- Bakı: Adiloğlu, 2007.- 118 s.