Book details

Sirlər xəzinəsi

Sirlər xəzinəsi

Sirlər xəzinəsi
Title:
Sirlər xəzinəsi
Author:
Nizami Gəncəvi
Publication date:
2025
Annotation:
Bu kitabda Nizami əlyazmaları arasında qədimiliyi ilə seçilən və paleoqrafik xüsusiyyətlərinə görə XV əsrə aid edilən M-325 şifrəli əlyazma nüsxəsi (AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunda saxlanılır) ilə akademik Əbdülkərim Əlizadənin 1960-cı ildə tərtib etdiyi "Sirlər xəzinəsi"nin elmi-tənqidi mətni müqayisəli şəkildə təhlil olunub. M-325 nüsxəsi "Sirlər xəzinə"sinin 1362-ci il Paris nüsxəsinə daha yaxın görünsə də, burada heç bir nüsxədə rast gəlinməyən bəzi arxaik söz və başlıqlarda mövcuddur. Bu isə Əlyazmalar İnstitutunda saxlanılan nüsxənin daha qədim mənbəyə söykəndiyini ehtimal etməyə imkan verir. Bu əlyazma nüsxəsi ilə 1960-cı ilin elmi-tənqidi mətni müqayisə edilərək ardıcıllığa uyğun gəlməyən və əlyazmaya sonradan əlavə olunduğu ehtimal edilən beytlər müəyyənləşdirilmiş, eləcə də misra və beyt fərqləri aşkarlanaraq göstərilmişdir.

Bibliographic description

Nizami Gəncəvi. Sirlər xəzinəsi (Məxzənül-əsrar): elmi-tənqidi mətn / Nizami Gəncəvi; ideya müəl. İ. Ə. Həbibbəyli; tərt.: R. Kərimova, P. Muztafa-zadə; elmi red., ön sözün müəl. T. Kərimli; AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Elm və təhsil, 2025.- 160 s.- Fars dilində.