Book details

İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər

İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər

Title:
İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər
Author:
Əmrahov Ziyad
Publication date:
2022
Annotation:
Tədqiqat əsərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindən çar I Nikolayın 1849-cu il 9 iyun tarixli fərmanı ilə yeni inzibati-ərazi vahidi kimi təşkil edilmiş İrəvan quberniyasının tarixi 1850-ci ildən 1917-ci ilədək öyrənilib. Dövrün rusdilli mənbələri əsasında quberniyanın əvvəlcə 5, sonradan 7-yə çatdırılan qəzaları, İrəvan, Naxçıvan, Ordubad (1867-ci ildə ləğv olunub), Sürməli, Şərur-Dərələyəz, Üçmüəzzin (Eçmiədzin), Gümrü (Aleksandropol), Yeni-Bəyazid qəzalarına köçürülmələrdən (əsasən ermənilər) sonra hər bir qəza əhalisinin say dinamikası və etnik tərkibi üzə çıxarılıb. Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələr əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut edib.

Bibliographic description

Əmrahov, Ziyad Cümşüd oğlu. İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər: monoqrafiya / Z. C. Əmrahov; elmi red. A. İsgəndərov; Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənc Musiqiçilərə Dəstək İctimai Birliyi.- Bakı: Nurlar NPM, 2022.- 368 s.