Kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. Həmçinin milli mətbuat tariximizdə ilk dəfə adı çəkilən, 1918-ci ilin noyabrın 12-də Tbilisidə çap olunmuş, bütövlükdə 31 Mart soyqırımına həsr olunmuş "Qardaş qayğısı" qəzeti barəsində məlumat verilir. Bu qəzetdə çap olunan məqalələr oxuculara çatdırılır. Əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918..." kitabı da ilk dəfə müasir əlifbada işıq üzü görür.
Bibliographic description
Vəliyev, Akif Abduləzim oğlu. 31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında / A. A. Vəliyev; elmi red. C. Məmmədli.- Bakı: Elm və Təhsil, 2011.- 100 s.