Kitabda qloballaşma prosesinin mədəniyyət sahəsində təzahürlərinin təhlilinə diqqət ayrılmışdır. Prosesin vəhdətdə olan iki aspekti- qloballaşma və mədəni müxtəliflik məsələlərinə dair müəllifin fikirləri təqdim edilmişdir. Qloballaşmanın mənəvi-mədəni faktorları, mədəni müxtəliflik və identiklik anlayışının mahiyyəti və məzmunu, mədəniyyətlərin qarşılıqlı təsirinin forma, prinsip və meylləri nəzərdən keçirilmişdir. Qloballaşma və mədəniyyətlərarası, dinlərarası dialoq problemi təhlil edilmişdir. Qloballaşma və mədəni inteqrasiya prosesində islam dininin dialoji potensialı araşdırılmışdır.
Bibliographic description
Aslanova, Rəbiyyət Nurullah qızı. Qloballaşma və mədəni müxtəliflik / R. N. Aslanova.- Bakı: Elm, 2004.- 264 s.