Azərbaycan ədəbiyyatı Avropa və Rusiya ədəbi-elmi fikri təcrübəsində
Azərbaycan ədəbiyyatı Avropa və Rusiya ədəbi-elmi fikri təcrübəsində
Title:
Azərbaycan ədəbiyyatı Avropa və Rusiya ədəbi-elmi fikri təcrübəsində
Author:
Səmədova Lyudmila
Publication date:
2023
Annotation:
Oxunaqlı üslublu və ciddi mövzuları ilə fərqlənən bu monoqrafiyada Azərbaycan ədəbiyyatının Avropa və Rusiya ədibləri və şərqşünaslarının yaradıcılığında resepsiyası formaları ilə bağlı məsələlər hərtərəfli araşdırılmışdır. Bu istiqamətdə üzə çıxarılan maraqlı faktlar və onlara aid verilən şərhlər isə əvvəlki müvafiq ədəbiyyatşünaslıq təcrübəsinə istinad edilərək, müxtəlif mövzular üzrə sistemləşdirilmişdir. Kitabda həmçinin milli folklor, Nizami Gəncəvinin yaradıcılığı və maarifçilərimizdən başlayaraq, XX-XXI əsrlər Moskva ədəbi mühitində yaranan rusdilli ədəbiyyatımızın yeri və mövqeyi məsələləri çox dolğun şəkildə təhlil olunmuşdur. Resepsiyanın tərcümə, tənqid, şərqşünaslıq tədqiqatları və mövzu-motiv interpretasiyası formalarının araşdırılmasına da xüsusi diqqət yetirmişdir.
Bibliographic description
Səmədova, Lyudmila Hacibaba qızı. Azərbaycan ədəbiyyatı Avropa və Rusiya ədəbi-elmi fikri təcrübəsində: monoqrafiya / L. H. Səmədova; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2023.- 180 s.