Kitabda filologiya elmlər doktoru, professor Mahirə Nağıqızının bədii yaradıcılığında mühüm yer tutan bayatılara müasir metodoloji dəyərləndirmə mövqeyindən analitik baxış ifadə edilmiş, görkəmli söz sənətkarının bədii üslub fərdiyyəti analiz və sintez olunmuşdur. Burada M. Nağıqızının yaradıcılıq laboratoriyasında bayatı janrının mövqeyi, analitik təfəkkürünün həyati faktları sənət materiallarına çevirmə qabiliyyəti, bayatılarda təzahür edən poetik əlamətlərin estetik məziyyətləri, sənətkarlar mövqeyinin əsas istiqamətləri təhlildən keçirilmişdir.
Bibliographic description
Hüseynov, Məhərrəm Abbasəli oğlu. Estetik qayə və poetik təkamül: Mahirə Nağıqızının bayatıları əsasında / M. A. Hüseynov; elmi red. A. İ. Məmmədov.- Bakı: ADPU nəşriyyatı, 2020.- 300 s.