Book details

Daxili xəstəliklərdə tibb bacılığı

Daxili xəstəliklərdə tibb bacılığı

Daxili xəstəliklərdə tibb bacılığı
Title:
Daxili xəstəliklərdə tibb bacılığı
Author:
İsayev İbrahim İsa oğlu
Publication date:
2024
Annotation:
Azərbaycan dilində ilk dəfə təqdim edilən bu dərslik dövlət təhsil standartına uyğun tərtib edilib və universitetdə ali tibb bacılığı ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslik tibb təhsili verən aparıcı universitetlərin tədris proqramları əsasında tərtib edilmiş və 14 fəsildən ibarətdir. Dərslikdə tibb elminin müasir nailiyyətlərinə əsaslanaraq daxili orqanların çox rast gələn xəstəliklərinin epidemiologiyası, etiopatogenezi, klinik gedişi və təzahürləri, fizikal və laboratorinstrumental diaqnostika haqqında geniş məlumat verilmişdir. Nəzəri materialın təqdim olunması ilə yanaşı xəstənin müayinəsinə, bir sıra manipulyasiyaların aparılması qaydalarına, təcili tibbi yardım tələb olunan hallarda tibb bacısı tərəfindən həyata keçirilməli fəaliyyətinin alqoritmlərinə və daxili orqanların xəstəlikləri olan xəstələrə tibb bacısı işinin təşkili prinsiplərinə aid ətraflı izahlar verilmişdir. Hər bir daxili xəstəlik zamanı tibb bacısı diaqnozları və xəstəyə qulluq, xəstə və yaxın qohumları ilə davranış, onların xəstəlik və onun müalicəsinə dair maarifləndirmə işlərinin aparılmasına dair konkret məlumatlar təqdim edilib ki, bunlar tələbələrin gələcək fəaliyyətlərinə hazırlanması üçün vacib amillərdən biridir. Dərslik tərtib edilərkən son illərin elmi məlumatlarından və müvafiq ədəbiyyat materiallarından istifadə edilmişdir.

Bibliographic description

İsayev, İbrahim İsa oğlu. Daxili xəstəliklərdə tibb bacılığı: dərslik / İ. İ. İsayev, M. S. Novruzova; Azərbaycan Tibb Universiteti.- Bakı: Class Print, 2024.- 432 s.