Book details

Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası

Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası

Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası
Title:
Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası
Author:
Qurbanov Sadiq Haqverdi oğlu
Publication date:
2025
Volume:
1
Annotation:
Müasir Azərbaycanın neft startegiyasının ən uğurlu səhifəsi olan "Əsrin müqaviləsi"ndən 30 il ötür. 1994-cü il sentyabr ayının 20-də "Gülüstan" sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında ilk neft müqaviləsi imzalandı. Bu müqavilə XX əsrin ən əhəmiyyətli hadisələrindən biri kimi "Əsrin müqaviləsi" adı ilə tarixə düşdü. Ümummilli lider Heydər Əliyevin böyük və gərgin zəhməti nəticəsində imzalanan bu müqavilələr Azərbaycanın neft strategiyasının əsasını təşkil edir. Müəllif bu üç cildlikdə Azərbaycan neftinin tarixindən, Ulu öndər Heydər Əliyevin Azərbaycanın neft strategiyasında parlaq rolundan və bu sahədə titanik fəaliyyətindən bəhs edir. "Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası. Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir" kitabının birinci cildində Ümummilli lider Heydər Əliyevin bu sahədə geniş fəaliyyəti: nitqləri, çıxışları, bəyanatları, müsahibələri, qəbulları, görüşləri və söhbətlərinin mətni xronoloji ardıcıllıqla verilmişdir. Həmçinin sovet dövründə Azərbaycanda neft-kimya sənayesinin inkişafında Heydər Əliyevin fəaliyyəti də öz əksini tapmışdır.

Bibliographic description

Qurbanov, Sadiq Haqverdi oğlu. Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası: 3 cilddə / S. H. Qurbanov; red.: Z. İsmayılov, S. Vəkilov.
I cild: Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir: "Əsrin müqaviləsi" kontekstində.- Bakı: İzə, 2025.- 816 s.