Bu kitab Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəridir. Kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin- Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətləri geniş araşdırılır. Bundan əlavə xalqımızın etnogenezində iştirak edən türk tayfalarının tarixi münasibətlərinin ümumi mənzərəsinə də işıq salınır.
Bibliographic description
Əlisa, Süleyman. Təklə eli, tərəkəmə dünyası / S. Əlisa; elmi red. T. Ə. Əhmədov; red. E. Qədirli I kitab.- Bakı: ZİYA NPM, 2013.- 312 s.