Book details

Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər

Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər

Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər
Title:
Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər
Author:
Paşayeva Məhəbbət
Publication date:
2019
Annotation:
Monoqrafiyada azərbaycanlıların adət və inanclarının yeni səpgidə - Azərbaycan türkləri ilə birgə avarlar, saxurlar, ingiloylar, udilər, tatlar, dağ yəhudiləri, ləzgilər, talışlar, Şahdağ etnik qrupuna aid edilən xınalıq, qrıx, buduq kimi etnosların da tədqiqata cəlb olunmaqla Azərbaycanda yaşayan etnosların mənəvi mədəniyyətinin vahid Azərbaycan mədəniyyəti kontekstində araşdırıldığı ilk ümumiləşdirici tədqiqatdır. Kitab XIX əsrin sonu - XX əsrin əvvəllərində azərbaycanlıların toy, doğum, dəfn-yas adətləri, xalq inancları, qədim adət və inamların mənşəyi, tarixi köklərinin araşdırılmasına həsr olunmuşdur. Monoqrafiyada azərbaycanlı adı altında birləşən hər bir etnosun spesifik xüsusiyyətləri və ümumazərbaycan ortaq ənənələri, həmçinin XIX-XX əsrin əvvələrində Azərbaycanda etnososial durum, bölgələr üzrə tarixi-demoqrafik məlumat, etnosların yayılma arealı, etnogenetik əlaqələr, etnomədəni münasibətlər kimi məsələlər geniş şərh edilmişdir. Əsər Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara kimi bölgələrində 2006-2011-ci illər boyu müəllifin apardığı etnoqrafik çöl tədqiqatları, həmçinin tədqiqata cəlb olunan bölgələr üzrə mövcud tarixi-etnoqrafik mənbələr əsasında yazılmışdır.

Bibliographic description

Paşayeva, Məhəbbət Tofiq qızı. Azərbaycanlıların adət və inancları: XIX-XX əsrlər: monoqrafiya / M. T. Paşayeva; elmi red. T. Ə. Bünyadov; ön sözün müəl. N. Q. Cəfərov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Afpoliqraf, 2019.- 296 s.