Kitaba Moskva şəhəri və ətrafından başlamaqla Mərkəzi Rusiya vilayətlərinə daxil olan yer adlarının tarixinə, habelə linqvistik analizinə həsr olunmuş lüğət məqalələri daxildir. Burada Mərkəzi Rusiya regionunda Türk kökənli coğrafi obyektlərinin: kənd, şəhər, habelə çaylar, dağ, ərazi adları öz mənşəyinə, mənasına görə təhlil edilmişdir. Lüğətin tərkibində geniş elmi, diyarşünaslıq və sorğu-məlumat ədəbiyyatından istifadə olunmuş, tarixi sənədlər gözdən keçirilmişdir.
Nuriyeva, Minaxanım Allahşükür qızı. Mərkəzi Rusiyanın Türk coğrafiyası: etimoloji çalışma / M. A. Nuriyeva; elmi red., ön sözüm müəl. N. Q. Cəfərov.- Bakı: Zərdabi LTD MMC NPM, 2018.- 280 s.