Əsərdə ədəbi dilimizin sintaktik quruluşunun "Kitabi-Dədə Qorqud"dan XVIII əsrin sonlarına qədərki inkişaf yolu öyrənilmişdir. Bütün sintaktik modellərin tədqiqi "Dədə Qorqud"dan başlanır. "Dastani-Əhməd Hərami", "Yusif və Züleyxa", "Qisseyi-Yusif", "Mehri və Vəfa", "Şəhriyar" kimi dastan və məsnəvilərlə yanaşı, Qazi Bürhanəddin, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, Qurbani, Ruhi Bağdadi, Məsihi, M.P. Vaqif və b. klassik şairlərimizin əsərlərindən toplanmış zəngin material əsasında sintaktik əlaqələrin, ismi və feli birləşmələrin, sadə cümlənin, tabesiz və tabeli mürəkkəb cümlələrin inkişaf yolu barədə geniş məlumat verilmiş, Azərbaycan dili sintaksisinin əsas quruluş modellərinin ümumxalq Azərbaycan dilinin təşəkkülü dövründə (3-5-ci əsrlər) əksəriyyət etibarilə öz əsaslarını ümumtürk kök dildən aldığı, yəni əsas sintaktik konstruksiyaların başlanğıcının çox qədim dövrlərlə bağlı olduğu faktlarla izah edilmişdir.
Bibliographic description
Kazımov, Qəzənfər Şirin oğlu. Azərbaycan dilinin tarixi sintaksisi / Q. Ş. Kazımov; elmi red. M. Z. Nağısoylu; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm, 2019.- 608 s.