Monoqrafiyada audit konsepsiyasının formalaşması və inkişafı mərhələli şəkildə tədqiq olunur. Auditlə bağlı mövcud nəzəri-konsepsiyalar araşdırılır və onlara olan baxışlara münasibət bildirilir, auditin nəzəriyyəsi və onun əsasları müasir dövr baxımından dəyərləndirilir. Tədqiqat işində ilk dəfə olaraq, audit yükü konsepsiyası və onun əsasları müəyyən edilərək, irəli sürülür. Monoqrafiyada həmçinin, auditin səmərəliliyi konsepsiyası və onun əsasları tədqiq olunmaqla, bu sahənin iqtisadi səmərəliliyi və onun qiymətləndirmə metodikası müəyyən olunur. Tədqiqatda beynəlxalq təcrübədə audit xidmətinin təşkili və inkişaf xüsusiyyətləri sistemli şəkildə qiymətləndirilir.
Bibliographic description
Məmmədov, Yaşar Əzimağa oğlu. Audit xidmətinin inkişafı: nəzəri əsasları: monoqrafiya / Y. Ə. Məmmədov; elmi red. G. Z. Yüzbaşiyeva ; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm və Bilik, 2019.- 364 s.