Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri
Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri
Title:
Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri
Author:
Teymur Turan
Publication date:
2020
Annotation:
Monoqrafiyada XX əsr qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun "Abay" romanının sənətkarlıq məsələləri araşdırılmışdır. Romanda təsvirini tapmış XIX əsr qazax həyatı və onun panoramlı ifadəsi, epik vüsətli əsərdə məqsədli şəkildə ifadə olunmuş təfərrüat, epizodların, surətlərin bədii təsir gücünü artıran detal problemi və onların qarşılıqlı əlaqələri tədqiq edilib. Azərbaycanda M. Auezovun həyat və yaradıcılığı, xüsusən də "Abay" romanı haqqında yubiley yazılarını, ayrı-ayrı məqalələri çıxmaq şərti ilə ayrıca tədqiqat əsəri yazılmayıb. Bu baxımdan monoqrafiya M. Auezov yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi istiqamətində ilk tədqiqat əsəri olmaqla mühüm əhəmiyyət daşıyır.
Bibliographic description
Teymur, Turan. Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri: monoqrafiya / T. Teymur; elmi red. Ə. Rəsulov; AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Beynəlxalq Türk Akademiyası.- Nur-Sultan: Beynəlxalq Türk akademiyası, 2020.- 162 s.