- Title:
- Didərgin şair
- Author:
- Nəbiyev Bəkir
- Publication date:
- 2005
- Annotation:
- Akademik B.Ə. Nəbiyevin ilk dəfə 1995-ci ildə işıq üzü görmüş bu əsəri Azərbaycan mühacirət poeziyasının görkəmli nümayəndələrindən biri, alovlu vətənpərvər Almas İldırım haqqında ilk kitabdır. Burada bolşevik rejiminin amansız təqiblərinə məruz qalıb dəfələrlə sürgün edilən, ölüm təhlükəsi qarşısında keçmiş imperiyanı tərk edib, nakam ömrünü qürbətdə başa vuran şairin ədəbi irsi onun Azərbaycanda, Dağıstanda, Orta Asiyada, İranda, Türkiyədə nəşr edilmiş əsərləri əsasında tədqiq olunmuşdur. Ədəbiyyat və İncəsənət arxivində qorunan, digər məxəz və mənbələrdə səpələnmiş materiallardan faydalanan araşdırıcı ilk dəfə olaraq Almas İldırımın müfəssəl elmi tərcümeyi-halını yazmış, onun sənətkarlıq axtarışlarını təhlil etmişdir.
Bibliographic description
Nəbiyev, Bəkir Əhməd oğlu. Didərgin şair: Almas İldırımın yaradıcılıq yolu / B. Ə. Nəbiyev; elmi red. N. M. Cabbarlı; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: XXI-YNE, 2005.- 120 s.