Book details

Operativ cərrahlıq və topoqrafik anatomiya

Operativ cərrahlıq və topoqrafik anatomiya

Title:
Operativ cərrahlıq və topoqrafik anatomiya
Author:
Məmmədov Loğman
Publication date:
2019
Annotation:
Ali tibb təhsili proqramı və müasir tələblər əsasında tərtib edilmiş bu rəhbərlikdə topoqarfik anatomiya və operativ cərrahlığa dair ətraflı məlumatlar toplanıb. Rəhbərliyin topoqrafik anatomiyaya aid hissəsində topoqrafik anatomiya fənni, fassiya və fassial törəmələr, onların orqanizmdə anatomo-fizioloji və tətbiqi əhəmiyyəti haqqında ümumi məlumatlarla yanaşı, insan orqanizminin bütün nahiyyələrinin müfəssəl topoqrafik anatomiyası verilmişdir. Məlumatların şərhi zamanı hər bir anatomik törəmənin və sistemin quruluş xüsusiyyətlərinin klinik cərrahlıq baxımından analizə və onların praktik əhəmiyyətlərinin açıqlanmasına xüsusi diqqət yetirib. İrinli-iltihabi və şiş proseslərinin orqanizmdə yayılma yollarının və mexanizminin daha düzgün qavranılmasını təmin etmək məqsədilə hər bir nahiyyənin toxuma sahələrinin və limfa sisteminin təsviri rəhbərlikdə xüsusi ardıcıllıq və incəliklə verilib.

Bibliographic description

Məmmədov, Loğman Abbas oğlu. Operativ cərrahlıq və topoqrafik anatomiya: rəhbərlik / L. A. Məmmədov; elmi red.: F. E. Abbasov, C. N. Hacıyev; red. E. Ç. Əkbərov; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.- Bakı: Apostrof-A, 2019.- 1696 s.