Dövlət ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri
Dövlət ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri
Title:
Dövlət ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri
Author:
Hüseynov Sahil
Publication date:
2022
Annotation:
Kitab müstəqil Azərbaycan Respublikasında dövlətin ərazi quruluşunun yaranması və hüquqi tənzimlənməsi problemlərinin tədqiqinə həsr edilmişdir. Dövlətin ərazi quruluşunun yaranmasının nəzəri əsasları, ən qədim zamanlardan bugünədək xalqın həyatında baş vermiş tarixi hadisələr və bu hadisələrin nəticəsi kimi miras qalmış ziddiyətli ərazi problemləri ardıcıllıqla nəzərdən keçirilmişdir. Üç fəsildən ibarət olan tədqiqat əsərinin birinci yarımfəslində ərazi quruluşunun ümumi anlayışı, onun yaranması mərhələləri, Azərbaycan Respublikasının və xarici dövlətlərin ərazi quruluşunu tənzimləyən konstitusion müddəaların müqayisəli xarakteristikası verilmişdir. İkinci fəsildə ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri muxtar respublikanın, inzibati ərazi vahidlərinin və bələdiyyələrin timsalında nəzərdən keçirilmişdir. Üçüncü fəsildə dövlətin ərazi quruluşunun prinsipləri və onun təmin edilməsinin konstitusion-hüquqi tənzimlənməsi istiqamətləri işıqlandırılır.
Bibliographic description
Hüseynov, Sahil Zahir oğlu. Dövlət ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri / S. Z. Hüseynov; elmi red. N. Cəfərli.- Bakı: Elm və təhsil, 2022.- 216 s.