Kitabda Naxçıvan xanlığı ərazisinin dəyişməsinə təsir edən siyasi hadisələr, xanlığın təşəkkül tarixi açıqlanır. Diyarın əhalisi, kənd təsərrüfatı, sənətkarlığın vəziyyəti tarixi-coğrafiya baxımından, eləcə də həlledici əhəmiyyəti, şəhərlərin inkişaf tarixi təhlil edilir, əhalinin sosial və milli tərkibində siyasi baxımdan baş verən dəyişikliklər nəzərə çatdırılır.
Budaqova, Sahibə İbrahim qızı. Naxçıvan diyarının siyasi tarixi / S. İ. Budaqova; elmi red. İ. M. Hacıyev; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm və Təhsil, 2014.- 112 s.