Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası
Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası
Title:
Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası
Author:
Qasımov Ramiz
Publication date:
2017
Annotation:
Monoqrafiyanın "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası: milli mənsubiyyət və milli dəyərlər" adlanan birinci fəsli daha çox öz elmi və nəzəri əhəmiyyəti, aparılan araşdırmaların genişliyi, edilən təhlillərin analitikliyi, ortaya çıxarılan əhəmiyyətli nəticələr və ifadə edilən dolğun fikirlərlə diqqəti cəlb edir. Bu fəsildə, ümumiyyətlə, "İdeologiya nədir?" və Azərbaycançılıq ideologiyası anlayışları barəsindəki qənaətlərə, bu sahənin tədqiqatçılarının fikirlərinə istinadən ümumiləşdirmələr aparılmış, yeni, orijinal fikirlər deyilmişdir. Müəlliflər belə qənaətə gəlirlər ki, Azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi XIX əsrin sonu, XX əsrin əvvəllərində ortaya çıxsa da, milli mənsubiyyət, Azərbaycançılıq düşüncəsi Azərbaycan xalqının var olduğu müddətcə mövcud olmuşdur. Müəlliflər çox haqlı olaraq Azərbaycan şifahi xalq ədəbiyyatı və digər bədii nümunələrdə, xüsusilə Azərbaycan xalqının ana abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında mövcud olan, özünə yer tapan milli mənsubiyyət və düşüncə konsepsiyası, Azərbaycançılıq ideyasınının mənbəyini araşdırmış, olduqca maraqlı faktlar və nümunələr təqdim etmişlər.
Bibliographic description
Qasımov, Ramiz Asəf oğlu. Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası: monoqrafiya / R. A. Qasımov, Z. H. İsmayıl; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Naxçıvan bölməsi.- Bakı: Elm və Təhsil, 2017.- 192 s.