- Title:
- Azərbaycan teatr tarixi
- Author:
- Rəhimli İlham
- Publication date:
- 2017
- Volume:
- 3
- Annotation:
- Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri-təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. Üçüncü cild "Mövzu, janr və üslub axtarışları" bölümü ilə başlayır. Burada Milli Dram Teatrının və Opera və Balet Teatrının yaradıcılıq yollarının 1938-2016-cı illəri əhatə edilib. Hər iki sənət ocağında böyük yaradıcılıq izi olan qüdrətli səhnə ustalarının yığcam portret-oçerkləri verilib. Hər iki teatrın repertuar şəcərəsinin əsas mahiyyəti xronoloji ardıcıllıqla verilib. Dünya bəstəkarlarının Azərbaycanda tamaşaya qoyulmuş opera və baletlərinin siyahısına xüsusi yer ayrılıb.
Bibliographic description
Rəhimli, İlham Əziz oğlu. Azərbaycan teatr tarixi: 5 cilddə / İ. Ə. Rəhimli.
III cild.- Bakı: Şərq-Qərb, 2017.- 608 s.