- Title:
- Məram
- Author:
- Rəhimli İlham
- Publication date:
- 2009
- Annotation:
- Bu kitab qüdrətli söz ustasının ayrı-ayrı teatrlarda oynanılan əsərlərinin səhnə həyatı barədə elmi-nəzəri məlumat verir, bu tamaşaların bədii-estetik məziyyətlərindən söhbət açır. Müəllif ayrılıqda hər tamaşanın səhnə quruluşunun forma və məzmun prinsiplərini, fəlsəfi mahiyyətini tutarlı bədii məntiqlə təhlil edib. Kitabda həmçinin quruluşçu rejissorların, tərtibatçı rəssamların yaradıcılıqlarının poetik səciyyələri araşdırılıb. Müxtəlif tamaşalarda həm baş rolların, həm əsas rolların, həm də epizodik personajların ifaçılarının oyunları təhlil olunub. Nəticədə bir daha aydın olur ki, Mir Cəlalın möhtəşəm yaradıcılığı 70 ilə yaxındır milli səhnə sənətimizin diqqət mərkəzindədir. Mir Cəlal və teatr estetik anlayışı haqqında söhbət gedən kitabda təhlilə çəkilən mövzu zəngin elmi faktlarla tədqiq edilib.
Bibliographic description
Rəhimli, İlham Əziz oğlu. Məram: məbədə doğru gedən yol: Mir Cəlal yaradıcılığının səhnə həyatı / İ. Ə. Rəhimli; elmi red. N. A. Paşayeva; Regionların İnkişafı İctimai Birliyi.- Bakı: Çaşıoğlu, 2009.- 383 s.