Book details

Azərbaycan və Böyük Britaniya poeziyası: 1900-1930

Azərbaycan və Böyük Britaniya poeziyası: 1900-1930

Title:
Azərbaycan və Böyük Britaniya poeziyası: 1900-1930
Author:
Məmmədli Cavidə
Publication date:
2016
Annotation:
Monoqrafiyada XX yüzilin əvvəllərində Azərbaycan və Böyük Britaniya poeziyası üçün ortaq olan aktual problemlər müqayisəli şəkildə tədqiqata cəlb edilmişdir. Kitabda poeziyanın yeni inkişaf mərhələsi H. Cavidin, Ə. Hüseynzadənin, F. Köçərlinin, T.E. Hyumun, E. Poundun, T.S. Eliotun və digərlərinin bədii yaradıcılığı və ədəbi-nəzəri görüşləri əsasında təhlil olunmuşdur. İmajinizm ədəbi cərəyanının, Corc poeziyasının təşəkkülü, sonet janrının keyfiyyətləri araşdırılmış, poeziyanın yeni inkişaf istiqamətləri elmi şəkildə əsaslandırılmışdır. Monoqrafiyada müharibə poeziyası, ümumilikdə ortaq bədii-fəlsəfi düşüncələr müqayisəli şəkildə araşdırılmış, H. Cavidin, M. Hadinin, C. Cabbarlının, A. Şaiqin, A. İldırımın, T. Hardinin, R. Kiplinqin, E. Blanderinin, R. Brukun, R. Qreyzvin, D. H. Lourensin, U. de la Marın, Z. Sassunun, U. B. Yeytsin, T. S. Eliotun və digərlərinin əsərləri təhlil edilərək yaradıcılıqlarının ümumi və fərqli xüsusiyyətlərinə aydınlıq gətirilmiş, Azərbaycan poeziyasının üstün cəhətləri elmi şəkildə əsaslandırılaraq dünya ədəbiyyatındakı əhəmiyyətli mövqeyi izah olunmuşdur.

Bibliographic description

Məmmədli, Cavidə Ağa qızı. Azərbaycan və Böyük Britaniya poeziyası: 1900-1930: monoqrafiya / C. A. Məmmədli; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2016.- 240 s.