Kitaba orta əsrlərə aid iki möhtəşəm mənəvi mədəniyyət abidəsi- məşhur mütəfəkkir, tarixən Azərbaycanla bağlı olmuş xəlvətiyyə sufi təriqətinin nəzəri əsaslarının banisi Şeyx Molla Yusif Muskuri Şirvaninin əsərləri daxildir. Hər iki əsərin ərəb dilindəki orijinalları, onların əlyazma nüsxələrinin faksimileləri, Azərbaycan dilinə tərcümə olunmuş mətnləri ilə yanaşı, həmçinin bir sıra elmi arayışlar və Y.Muskurinin dünyaya baxışını açıqlayan tədqiqat da Əlavələr qismində kitabda yer almışdır.
Bibliographic description
Şirvani, Yusif Muskuri. Sufi yolunu keçmək istəyənlər üçün sirlərin izahı: yaradılış ardıcıllığı / Y. M. Şirvani; tərc. C. Hacıyev; tərc. red. Z. Hüseynov.- Stockholm: CA&CC Press, 2006.- 336 s.