Yunandilli Kilikiya erməni kilsəsi “Hayastan tarixi”nin ilk erməni mətnini 15-ci əsrdə anonim keşiş M.Xorenatsinin adına tərtib edib. “Hayastan” ermənilərin ilk əfsanəvi dövlətidir. N.Emin 1858-ci ildə “Hayastan tarixi”ni rus dilinə “Armeniya tarixi” adıyla çevirəndə ona “Mar Abas Katina – Nineviya” epizodunu əlavə edib. Onun fikrincə, Mar Abas Nineviya arxivindən tapdığı “kiçik kitab” əsasında 4 kitabdan ibarət ilk “Armeniya tarixi”ni yazıb. M.Xorenatsi də “Armeniya tarixi”ni yazarkən guya ondan istifadə edib. N.Emin bu fikrini 23 il sonra, yəni 1881-ci ildə Tiflisdə çağırılmış 5-ci arxeoloji qurultayda təkzib edib. Bununla da “Armeniya” adında erməni dövlətinin olmadığını elmi ictimaiyyət qarşısında bəyan edib.
Bibliographic description
Tağıoğlu, Əjdər. Moisey Xorenatsı anonim keşiş müəllifdir / Ə. Tağıoğlu.- Bakı: Elm və Təhsil, 2016.- 128 s.