Информация о книге

Azərbaycanın allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və qleyləşmə prosesinin subtropik xüsusiyyətləri

Azərbaycanın allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və qleyləşmə prosesinin subtropik xüsusiyyətləri

Заглавие:
Azərbaycanın allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və qleyləşmə prosesinin subtropik xüsusiyyətləri
Автор:
Həsənov Vilayət
Год издания:
2021
Аннотация:
Monoqrafiya Azərbaycanın çay vadilərində kəskin dəyişkən dinamiki torpaqəmələgəlmə prosesinə, mürəkkəb torpaq örtüyü strukturasına malik və zonal torpaqlara nisbətən zəif öyrənilmiş allüvial-hidromorf torpaqlara həsr olunmuşdur. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tematik planına uyğun olaraq 50 ildən çox aparılmış müqayisəli-coğrafi, detal və çoxillik stasionar torpaq tədqiqatı materiallarının riyazi-statistik təhlili əsasında allüvial-hidromorf torpaqların morfogenetik diaqnostikası, xüsusən qleyləşmə prosesinin rütubətli və quru subtropik xüsusiyyətləri araşdırılmışdır. Təbii təkamülün prinsiplərinə və Beynəlxalq standartla uyğun, milli tələblərə cavab verən allüvial-hidromorf torpaq təsnifatı hazırlanmışdır. Dağ çaylarının gətirmə konuslarında yayılmış allüvial-daşlı torpaqların daşlılıq dərəcəsinin təyin olunması, təsnifat qruplaşması və xəritələşdirilməsi öz əksini tapmışdır.

Библиографическое описание

Həsənov, Vilayət Həsən oğlu. Azərbaycanın allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası, təsnifatı və qleyləşmə prosesinin subtropik xüsusiyyətləri: monoqrafiya / V. H. Həsənov; elmi red. A. İ. İsmayılov; AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu.- Bakı : Elm, 2021.- 412 s.