Информация о книге

Bir ömrün salnaməsi

Bir ömrün salnaməsi

Заглавие:
Bir ömrün salnaməsi
Автор:
Hüseynov Kamran
Год издания:
1998
Аннотация:
Tanınmış ictimai və dövlət xadimi Kamran Hüseynovun bu kitabı Azərbaycan Respublikasının son 60-70 illik həyatını əks etdirir. 1941-45-ci illər savaşından sonra Bakının dirçəldilməsi, Sumqayıtın ikinci sənaye şəhərimiz olaraq yüksəldilməsi, Mingəçevir şəhəri və SES-inin yaradılması ilə bağlı keşməkeşlər, o dövr hadisələrinin və tarixi şəxsiyyətlərinin, o cümlədən Mircəfər Bağırov şəxsiyyətinin işıqlı və kölgəli cəhətləri kitabda canlı müşahidələrin məhsulu olaraq təqdim olunmaqdadır. Müəllif 1940-cı ildən bu günə qədər Azərbaycandakı təsərrüfat, siyasi, mədəniyyət quruculuğunun şahidi və ən fəal iştirakçılarından biridir. O, gördükləri və dəqiq bildiklərini özünün böyük həyat yolunu işıqlandıran memuar- xatirə biçimində qələmə almışdır.

Библиографическое описание

Hüseynov, Kamran Əsəd oğlu. Bir ömrün salnaməsi: avtobioqrafik memuar / K. Ə. Hüseynov; red. E. Əliyev.- Bakı: Günəş, 1998.- 312 s.