Mir Cəlalın bir çox görkəmli sənətkarların yaradıcılıq yolunu, sənətkarlıq keyfiyyətlərini, onların dil-üslub xüsusiyyətlərini orijinal bir şəkildə təhlil və tədqiq etdiyi araşdırılmış, müqayisələr aparılmış, bir ədəbiyyatşünas kimi söylədiyi dəyərli fikirlər tədqiqata cəlb edilmişdir. Mir Cəlalın Nizaminin, Füzulinin sənətkarlıq məsələləri haqqında, dəyərli elmi-nəzəri fikirləri ön plana çəkilir, tədqiq edilir. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ə. Qəmküsar, M.Ə. Möcüz, Ə. Haqverdiyev, Məhəmməd Hadi, Abdulla Şaiq, N. Nərimanov və başqa yazıçı və şairlərin yaradıcılığının, ədəbi fəaliyyətinin Mir Cəlal tərəfindən geniş təhlil və tədqiq edildiyi müqayisəli bir şəkildə faktlarla araşdırılır. Kitabda Mir Cəlalın ali məktəb və elm adamları üçün hazırladığı dərsliklər araşdırılır, "Ədəbiyyatşünaslığın əsasları" kitabında tədqiqatçının ədəbiyyat nəzəriyyəsi sahəsində söylədiyi əhəmiyyətli fikitlər geniş şəkildə təhlil edilir, müqayisələr aparılır.
Библиографическое описание
Pənah, Gülxani. Mir Cəlalın elmi-nəzəri görüşləri: monoqrafiya / G. Pənah; elmi red.: Q. M. Namazov, İ. S. Əliyeva, R. B. Rüstəmzadə; ön sözün müəl. F. Qoca.- Bakı: "Poeziya günü" NE, 2009.- 525 s.