Müasir Azərbaycan dövlətçiliyinin bünövrəsinin qoyulduğu Cümhuriyyət illərində (1918-1920) nəşr edilən "Azərbaycan" qəzeti mətbuat tariximizdə müstəsna rol oynamışdır. Qəzetin səhifələrində dərc olunan rəsmi məlumatlar, yerli və xarici xəbərlər, dövrün qabaqcıl ziyalılarının məqalələri tariximizin bu zəngin səhifəsini əks etdirmək baxımından əvəzsizdir.
Библиографическое описание
"Azərbaycan" qəzeti: 1918-1920: 20 cilddə / ADA Universiteti; translit.: M. Gəncəli, A. Ağaoğlu; elmi red. T. H. Kərimli. II cild: noyabr 1918.- Bakı: Çaşıoğlu, 2022.- 632 s.