Kitabda təhsilin insan həyatında oynadığı rol təhlil edilmiş və göstərilmişdir ki, təhsil nəsildən-nəslə ötürülən kasıblığın qarşısını ala biləcək "xəzinəsi özündə" olan ən səmərəli sosial qurumdur. Yeni təhsilin fəlsəfəsi və onun sovet təhsilinin fəlsəfəsindən fərqi, özəl təhsilin təhsil sistemində yeri, təhsilin iqtisadiyyatı, biliyin qiymətləndirilməsi, təhsil və milli təhlükəsizlik və digər aktual problemlərin təhlilinə geniş yer verilmişdir. Son minilliklər ərzində həm Şərqin, həm də Qərbin mütəfəkkir insanları tərəfindən təhsillə bağlı söylənilmiş, bəşəri dəyər səviyyəsinə yüksəlmiş aforizm və kəlamlardan kitabda yeri gəldikcə istifadə edilmişdir.
Библиографическое описание
Əsgərov, Şahlar Qaçay oğlu. Təhsilimiz dünən, bu gün, sabah / Ş. Q. Əsgərov; red. S. Ağababayeva.- Bakı: Azərbaycan nəşriyyatı, 2003.- 280 s.