Информация о книге

Türk dünyasının coğrafiyası və etnosu

Türk dünyasının coğrafiyası və etnosu

Заглавие:
Türk dünyasının coğrafiyası və etnosu
Год издания:
2019
Том:
1
Аннотация:
“Türk dünyasının coğrafiyası və etnosu” təkcə Azərbaycanda deyil, bütün Türk dünyası ölkələrində ilk dəfədir ki, belə böyük həcmdə çap edilir. Bu fundamental əsərin 3 cilddə nəşr edilməsi nəzərdə tutulur. Fiziki coğrafiya cildi 386 səhifədən ibarət olub təqribən 11 milyon kvadrat metrdən artıq bir ərazinin fiziki coğrafi xüsusiyyətlərinə həsr edilmişdir. Burada Türk dünyasının coğrafi mövqeyi, bəşər sivilizasiyasında çox böyük rolu olan, dünya tarixinin, mədəniyyətinin, ədəbiyyatının, coğrafi biliklərin, folklorunun, elminin formalaşmasında xüsusi yeri olan böyük bir toplumun özünəməxsus xüsusiyyətləri coğrafi baxımdan araşdırılır və ümumiləşdirilir. Bundan sonrakı fəsillər Türk dünyasının vahid bir coğrafi məkan kimi relyefinin, geoloji quruluşunun, iqliminin, hidrologiyasının, torpaq və bitki örtüyünün, landşaft xüsusiyyətlərinin, ekoloji problemlərinin öyrənilməsinə həsr edilmişdir.

Библиографическое описание

Türk dünyasının coğrafiyası və etnosu / AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu; ideya müəl. A. A. Əlizadə ; elmi red.: R. M. Məmmədov, N. Q. Cəfərov; bur. məsul M. S. Həsənov; red. heyəti: R. M. Qaşqay [et al.]. 
I cild: Fiziki coğrafiya.- Bakı: Avropa, 2019.- 386 s.