Информация о книге

Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı

Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı

Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı
Заглавие:
Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı
Автор:
Əlibəyli Həsən
Год издания:
2018
Аннотация:
I Dünya müharibəsi ərəfəsində Qacarlar İranının dərin siyasi və maliyyə böhranı keçirməsindən məharətlə istifadə edən çar Rusiyası və Böyük Britaniya alçaldıcı 1907-ci il sazişini Qacarlar hökumətinə qəbul etdirərək, ölkəni nüfuz dairələrinə ayırırlar. I Dünya müharibəsi başlayan andan Qacarlar İranı özünü bitərəf elan etsə də, əslində çar Rusiyası və Böyük Britaniya tərəfindən işğal olunmuş, Antanta qüvvələrinin döyüş meydanına çevrilmişdir. Monoqrafiya dövrün imperialist dövlətlərinin Birinci dünya müharibəsinin yaratdığı imkanlardan istifadə edərək Cənubi Azərbaycan ərazisində aysor-erməni xristian dövləti yaratmaq cəhdlərinə həsr olunub. Bu planın həyata keçirilməsi zamanı Urmiya, Salmas, Xoy kimi Cənubi Azərbaycan şəhərlərində yerli sakinlərin kütləvi qətliamı, evlərinin talan olunması baş vermiş, yurdlarından didərgin salınan insanların xeyli hissəsi şaxtalı havanın qurbanı olmuşdur. Müəllif, Cənubi Azərbaycan ərazisində xristian aysorlar üçün dövlətin yaradılmasında maraqlı olan imperialist dövlətlərin hiyləgər diplomatiyasının incəliklərinə toxunmuş, əsasən, fars və rus mənbələrinə istinadən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin məqsəd və mahiyyətini aça bilmişdir.

Библиографическое описание

Əlibəyli, Həsən Cahangir oğlu. Birinci Dünya müharibəsi illərində Urmiyada türk-müsəlman əhalinin soyqırımı / H. Əlibəyli; layihənin rəh. Y. Mahmudov; elmi red. C. Ə. Bəhramov; red. Ş. Məmmədli; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Turxan NPB, 2018.- 124 s.