Torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizmi
Torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizmi
Заглавие:
Torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizmi
Автор:
Rzayev Vəli
Год издания:
2015
Аннотация:
Monoqrafiya torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizminin tənzimlənməsi problemlərini əhatə edən dörd fəsildən ibarətdir. Birinci fəsildə torpaq münasibətləri anlayışının iqtisadi məzmunu və bazar münasibətlərinə adekvat formalaşması xüsusiyyətləri açıqlanır, Azərbaycan Respublikası torpaq fondunun strukturu və kənd təsərrüfatına yararlı torpaqların təsnifatı verilir. İkinci fəsildə kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin, formalaşmış torpaq münasibətlərinin mövcud vəziyyəti və təsərrüfat yerlərindən istifadənin səmərəliliyini müəyyən edən gəstəricilər geniş təhlil edilərək qiymətləndirilmiş, yeni mülkiyyət münasibətləri şəraitində torpaqlardan səmərəli istifadə olunmasına təsir edən amillər sistemləşdirilmiş və iqtisadi münasibətlərin tənzimlənmə yolları müəyyən edilmişdir. "Torpaq münasibətlərinin inkişafına təsir edən amillər" adlı üçüncü fəsildə yararlı təsərrüfat yerlərindən səmərəli istifadəyə təsir edən amillər müəyyən edilərək kəndin əmək qabiliyyətli əhalisinin kənd təsərrüfatına yararlı torpaq sahələri ilə təmin olunma vəziyyəti və respublikanın kənd təsərrüfatının texnika ilə təmin olunma vəzziyyəti təhlil olunmuşdur. Dördüncü fəsildə torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri müəyyən olunmuşdur.
Библиографическое описание
Rzayev, Vəli Rza oğlu. Torpaq münasibətlərinin təşkilati-iqtisadi mexanizmi: monoqrafiya / V. R. Rzayev; elmi red. S. V. Salahov.- Bakı: Elm və təhsil, 2015.- 248 s.