Dərs vəsaitinin qarşısında duran əsas vəzifə məhsulun maya dəyəri kalkulasiyası ilə bağlı olan bütün işlərdə ənənəvi metodlardan fərqli olaraq bazar iqtisadiyyatının tələblərinə uyğun olan yeni metod və modellərin tədbiqindən ibarətdir. Fənnin mühasibat uçotunun digər növlərindən əsas fərqi məhsulun maya dəyərinin kalkulyasiyasını "Maya dəyəri - Mənfəət - Satış qiyməti" prinsipindən "Satış qiyməti - Maya dəyəri - Mənfəət" prinsipinə çevirməkdən və məhsulun maya dəyəri kalkulyasiyasına istehsalın həcminin planlaşdırılması zamanı deyil, məhsul layihələndirilən (proqnozlaşdırılan) zaman başlanılmasından ibarətdir.
Библиографическое описание
Əzizova, Xatirə Cinayəddin qızı. Məhsulun maya dəyərinin kalkulyasiyası: dərs vəsaiti / X. C. Əzizova; elmi red. İ. A. Məmmədov; Bakı Biznes Universiteti.- Bakı: Biznes Universiteti nəşriyyatı, 2016.- 238 s.