Информация о книге

Azərbaycan teatr tarixi

Azərbaycan teatr tarixi

Заглавие:
Azərbaycan teatr tarixi
Автор:
Rəhimli İlham
Год издания:
2018
Том:
5
Аннотация:
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri-təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. Beşinci cild "Bərpa olunan teatrları" bölümü ilə başlayır. Burada 1949-1950-ci illərdə bağlanmış Ağdam, Lənkəran, Şəki, Füzuli, Şuşa, Qazax dövlət teatrlarının bərpadan sonrakı yaradıcılıq yolu izlənib. "Yeni teatrlar" bölümündə 1968-ci ildən başlayaraq müxtəlif vaxtlarda fəaliyyətə başlamış Sumqayıt və Mingəçevir, dövlət gənclər, "Yuğ", pantomim, bələdiyyə, Bakı Kamera, Bakı Marionet teatrlarının, Qusar Dövlət Ləzgi Teatrının, Qax Dövlət Gürcü Teatrının, "Üns" yaradıcılıq səhnəsinin yaradıcılıqları verilib.

Библиографическое описание

Rəhimli, İlham Əziz oğlu. Azərbaycan teatr tarixi: 5 cilddə / İ. Ə. Rəhimli. 
V cild.- Bakı: Şərq-Qərb, 2018.- 504 s.