Dərs vəsaiti Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdavimlərinin tədris proqramı əsasında tərtib olunub. Dərs vəsaitində qanyaranmanın fiziologiyası, hamiləlik zamanı hemostaz dəyişiklikləri göstərilmişdir. Qan elementlərinin növləri və anemiya, koaqulapatiya və hemostaz pozğunluqlarının etiopatogenizi haqqında məlumat verilmişdir. Bu vəsaitdə qan xəstəliklərinə malik hamilələrin klinik-laborator göstəricilərindən istifadə edilmişdir. Hamilələrdə anemiya, hemofiliya, hemblastozlar kimi patologiyalar haqqında məlumat verilmişdir. Şəxsi elmi tədqiqat və müşahidələrdən istifadə olunmuşdur.
Библиографическое описание
Əkbərbəyova, Samirə Ələkbər qızı. Hamiləlik və qan xəstəlikləri: dərs vəsaiti / S. Ə. Əkbərbəyova; Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.- Bakı, 2021.- 244 s.