Monoqrafiyada şəhərlərin sənayesinin yenidən qurulması və modernləşməsinin istiqamətləri nəzəri baxımdan əsaslandırılıb, sənayenin innovasiya yönümlü inkişafı və strukturunun təkmilləşməsi siyasəti sahəsində xarici təcrübə öyrənilib, Azərbaycanın böyük şəhərlərində sənaye sahəsinin Sovet dövründə və müstəqillik illərində inkişaf xüsusiyyətləri aşkara çıxarılıb, Sumqayıt şəhərində sənayenin inkişafına tarixən şərait yaradan əsas amillər müəyyənləşdirilib, sənaye sahələrinin innovasiya yönümlü inkişafını ləngidən və şərtləndirən amillər müəyyənləşdirilib. Eyni zamanda monoqrafiyada Sumqayıt şəhərinin 2009-2016-cı illərdə müstəqil iqtisadi inkişafetmə qabiliyyəti qiymətləndirilib, Sumqayıt Texnologiya Parkı və Kimya Sənaye Parkında mövcud vəziyyət geniş təhlil edilib, əldə olunmuş nailiyyətləri göstərməklə yanaşı, yaranmış problemlər və perspektivlər müəyyən edilib, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr irəli sürülüb.
Библиографическое описание
Abdalova, Mətanət Əli qızı. Böyük şəhərlərdə sənayenin innovativ inkişafı: monoqrafiya / M. Ə. Abdalova; elmi red. R. Sultanova ; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Elm və Bilik, 2019.- 196 s.