Əsər geniş faktiki materiallar əsasında böyük Füzulinin Anadolu türk şairlərinə təsiri ilə bağlı yazılmış ilk iri həcmli araşdırmadır. Burada türk şerinin M. Füzuli yaradıcılığında yeri (Y. Əmrə, T. Əhmədi, A. Paşa, Y. Şeyxi, İ. Nəcati, M. B. Yazıcıoğlu və s.), Füzulinin türk xalq ədəbiyyatı ilə əlaqədar (Gövhəri, Ömər, Zehni, Qaracaoğlan, Dərdli) və xüsusilə də onun çağdaşları və davamçıları (M. Xəyali, T. Yəhya, M. Baqi, Ö. Nədim, Ş. Qalib, İ. Molla, F. Əhməd, X. Nahid, Y.K. Bəyatlı, M. A. Ərsoy və b.) kimi önəmli məsələlər ətraflı şəkildə tədqiq edilir.