Monoqrafiyada çoxsahəli yaradıcılıq yolu keçmiş Xalq yazıçısı İlyas Əfəndiyevin hekayə və oçerkləri, povest və romanları, dram əsərləri və ədəbi-tənqidi məqalələri təhlil olunmuş, eyni zamanda onun həyat və yaradıcılığı ilə əlaqədar bu günə qədər qaranlıq qalmış bir sıra məqamlar ilk dəfə ətraflı şəkildə işıqlandırılmışdır. Azərbaycan Milli Teatrı üçün 20 pyes yazmış İ. Əfəndiyevin teatrla əlaqəsi, əsərlərinin tamaşaya qoyulması ilə əlaqədar rejissor, bəstəkar və rəssamlarla birgə işi də araşdırılmış, onun nasir və dramaturq kimi ədəbiyyatımızda rolu və yeri göstərilmişdir.
Библиографическое описание
Əfəndiyev, Əmin Tahir oğlu. İlyas Əfəndiyevin yaradıcılığı: monoqrafiya / Ə. T. Əfəndiyev; elmi red. B. Nəbiyev; AMEA Milli Münasibətlər İnstitutu.- Bakı: Elm, 2000.- 310 s.