Təqdim etdiyimiz kitab türk ədəbiyyatının XVI əsrdə yazıb-yaratmış, məşhur Nizami davamçısı, əslən alban mənşəli Yəhya bəy Dukaqininin "Xəmsə"sinə daxil olan, 1540-cı ildə qələmə aldığı "Gəncineyi-raz" əsərinə həsr olunmuşdur. Kitab iki hissədən ibarətdir. Birinci hissədə şairin həyatı, yaradcıılığı haqqında məlumat verilmiş, "Gəncineyi-raz" əsərinin Bakı əlyazma nüsxəsi tekstoloji-filoloji baxımdan tədqiq edilmişdir. İkinci hissədə şairin bu əsərinin AMEA Məhəhmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının transfoneliterasiya və təshih edilmiş mətni verilmişdir. Sonda əsərdə işlənən ərəb-fars və qədim türk mənşəli sözlərin lüğəti təqdim edilmişdir.
Библиографическое описание
Seyfullayeva, Tünzalə Əlizadə qızı. Yəhya bəy Dukaqini və onun "Gəncineyi-raz" əsəri / T. Ə. Seyfullayeva; elmi red. A. Ş. Musayeva; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Elm və təhsil, 2017.- 448 s.