Kitabda müstəqil Azərbaycanda Qarabağın azadlığı, Zəfərə gedən Yolun hədəfləri, Qarabağın 30 illik işğal dövrü, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qarabağla bağlı diplomatik-siyasi strategiyası və müasir Azərbaycanda elm siyasəti və bir sıra sosio-hüquqi məsələlərə nəzər yetirilir. Kitabda müəllifin son illər ərzində beynəlxalq və respublika konfranslarında etdiyi məruzələr, həmçinin ölkədə KİV və elmi jurnallarda nəşr edilmiş məqalələri də təkmilləşdirilərək işıqlandırılmışdır.