Azərbaycan türklərinin həyat və məişətində, folklor və mifik görüşlərdə, xalq yaradıcılığı örnəklərində, ənənəvi müalicə sistemində, milli mətbəximizdə geniş yer tutan nar ağacı, onun meyvəsi, şirəsi, gül-çiçəyi bütün bunlar bu kitabın mövzusudur. Kitabda, həmçinin, xalqımızın min illər boyunca təşəkkül tapan iqtisadi həyatı, çoxəsrlik və zəngin təcrübəsi əsasında yaranmış narçılıq təsərrüfatı barədə söhbət açılır.
Библиографическое описание
Babayev, Tofiq Ağababa oğlu. Nar dirilik və şəfa mənbəyidir: tarixi-etnoqrafik etüdlər / T. A. Babayev; elmi red. T. Ə. Bünyadov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: "Vətənoğlu" NPŞ MMC, 2018.- 96 s.