Информация о книге

Çay bitkisinin qidalanması və məhsuldarlığı

Çay bitkisinin qidalanması və məhsuldarlığı

Заглавие:
Çay bitkisinin qidalanması və məhsuldarlığı
Автор:
Quliyev Fərman
Год издания:
2021
Аннотация:
Monoqrafiya aqrokimya və məhsuldarlıq, gübrələrin tərkibi, xassələri, səmərəliliyinin yüksəltmək yolları, dozalarının optimallaşdırılması metodları, ekoloji problemləri və funksiyalarını, gübrələrin tərkibindəki qida maddələrinə görə onların şərti vahidlərlə və fiziki çəkiyə görə hesablanması və s. həlli vacib məsələlərinə həsr edilmişdir. Kitabda mineral və üzvi gübrələr haqqında ümumi məlumat, xüsusilə çay plantasiyalarında tətbiq olunan mineral üzvi gübrələrin vegetasiya müddətində dəyişkən qaydada və ya birlikdə verilməsinin bitkinin həyatında çox böyük əhəmiyyətə malik olması təqdim edilmişdir. Çay bitkisinin ən yaxşı qidalanması va inkişafı üçün torpağın rütubətliliyinin müəyyənləşdirilərək, çay bitkisinin mineral qida elementlərinin intensiv mənimsənilməsi va nitrifikasiya prosesinə təsiri verilmişdir. Monoqrafiyada həmçinin, ərzaq təhlükəsizliyinin təminatında və çayçılığın inkişafında sahibkarlığın rolu, yaşıl çay istehsalında maya dəyərinin aşağı salınması və çayçılıqda iqtisadi səmərəliliyin yüksəldilməsi yolları göstərilmişdir. Kitabda çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi, mikroiqlim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair materiallar öz əksini tapmışdır.

Библиографическое описание

Quliyev, Fərman Ağadədə oğlu. Çay bitkisinin qidalanması və məhsuldarlığı: monoqrafiya / F. A. Quliyev, X. Y. Babayev, N. D. Mirzəyev; elmi red. Ə. G. Quliyev; AMEA Lənkəran Regional Elmi Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu.- Bakı: Ecoprint, 2021.- 348 s.