Filologiya elmləri doktoru Yaşar Qasımbəylinin bu kitabında XX yüzil Azərbaycan poeziyasının böyük və təkrarsız nümayəndələrindən biri, Dövlət mükafatları laureatı, xalq şairi Rəsul Rzanın möhtəşəm bədii fəaliyyətinin milli və beynəlxalq miqyasları təhlil olunur. Görkəmli sənətkarın sabiq sovet və dünya ədəbi məkanındakı özünəməxsus mövqeyi tanınmış ədəbiyyat nümayəndələri ilə mənəvi və yaradıcılıq ünsiyyəti ötən əsrin mürəkkəb və mübarizələrlə zəngin estetik prosesləri kontekstində araşdırılır. R.Rzanın C.Cabbarlı, N.Xikmət, S.Vurğun, M.Müşviq, M.Şeyxzadə, Mirtemir, İ.Selvinski, E.Mejelaytis, Ç.Aytmatov, A.Tarkovski, O.Süleymanov və başqa qüdrətli sənətkarlarla yaradıcılıq əlaqələri, eyni zamanda, B.Vahabzadə, Ə.Kərim, M.Araz, X.R.Ulutürk, F.Sadıq, F.Qoca, V.Səmədoğlu, Ə.Salahzadə, İ.İsmayılzadə, A.Abdulla, Ç.Əlioğlu və başqa istedadlı davamçılarına həyatbəxş təsiri yaddaqalan və inandırıcı elmi-nəzəri təhlillər vasitəsi ilə işıqlandırılır.
Библиографическое описание
Qasımbəyli, Yaşar. Rəsul Rza və ədəbi çağdaşları: müqayisəli-tipoloji araşdırmalar / Y. Qasımbəyli; elmi red., ön sözün müəl. İ. Ə. Həbibbəyli; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2018.- 240 s.