Buraxılışda çox hissəsi AzərTAc və digər mənbələrdə nəşr edilmiş rəsmi sənəd və materiallar vardır. Onların bir nəşrdə cəmləşdirilməsi Azərbaycanın bu dövrdəki xarici siyasətini daha dolğun göstərməyə imkan verir. Bir sıra materiallar ilk dəfə olaraq təqdim edilir. Sənədlər xronoloji ardıcıllıqla nəşr edilmişdir.
Azərbaycanın xarici siyasəti - 2006: sənədlər məcmuəsi / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi; red. heyəti: E. M. Məmmədyarov, B. K. Həsənov I hissə.- Bakı: GARISMA MMC, 2008.- 848 s.