Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi
Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi
Заглавие:
Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi
Автор:
Pənahoğlu Şəmsi
Год издания:
2019
Аннотация:
Ölkəmiz müstəqillik əldə etdikdən sonra tarix, ədəbiyyat və mədəniyyətimizin birbaşa ilkin mənbələr-əlyazmalar əsasında, həm də milli və ümumbəşəri dəyərlər baxımından öyrənilməsi üçün münbit və əlverişli şərait yaranmışdır. Bu çərçivədə Mirzə Müslüm Qüdsi İrəvaninin, Təbriz Milli Kitabxanasında 2814 saylı şifrə ilə qiymətli abidə kimi qorunub saxlanan üçdilli (fars, türk, ərəb) “Divan”ı, yeganə əlyazmasının orijinalı əsasında araşdırılmış, “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divan”ı” və “Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri” kitabları işıq üzü görmüş, bu böyük şəxsiyyətin adının ədəbiyyat və mədəniyyət tariximizə salınması üçün zəmin hazırlanmışdır. M.M. Qüdsi İrəvaninin “Divan”ı yalnız klassik bir Azərbaycan divanı deyil, həm də bir çox tarixi məsələ və faktlara dair qiymətli mənbədir. Şairin farsca qələmə aldığı “Tousifiİrəvan” (“İrəvanın vəsfi”) məsnəvisi isə, digər məziyyətləri ilə yanaşı, azərbaycanşünaslıq üçün siyasi və strateji maraq doğurur
Библиографическое описание
Pənahoğlu, Şəmsi. Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi / Ş. Pənahoğlu; red. M. Nağısoylu; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Avropa, 2019.- 56 s.